[30.08.2008]
Avqustun 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın 16 avqust, 18 avqust, 20 avqust və 23 avqust 2008-ci il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.Sonra MSK katibi Natiq Məmmədov Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyinin qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. O, bildirmişdir ki, irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış 40 mindən yuxarı seçici imzası olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 22 avqust 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədləri Komissiyadakı işçi qrupunun ekspertləri tərəfindən yoxlanılmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir. Mərkəzi Seçki Komissiyası İqbal Fehruz oğlu Ağa-zadənin 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.MSK namizədlikləri özləri tərəfindən irəli sürülmüş cənab Əliyar Qurbanəli oğlu Səfərlinin və Mübariz Tofiq oğlu Allahverdiyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliklərini təsdiq etmişdir. İclasda seçki komissiyasının yekun protokolunun sayı və hazırlanması qaydası barədə məsələyə də baxılmışdır. MSK qərara almışdır ki, 2008-ci il oktyabrın 15-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar, səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikasının Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılımasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası barədə məsələ də Komissiyanın iclasına çıxarılmışdır. Komissiya həmin bildirişlərin mətnini və formasını təsdiq etmiş və qərara almışdır ki, bildirişlərin sayı 5 000 000 ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın. Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda cari məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[30.08.2008]
Mərkəzi Seçki Komissiyasının sədri tələbələrə və səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermək imkanı olmayan digər seçicilərə müraciət etmişdir
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahov tələbələrə və səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermək imkanı olmayan digər seçicilərə müraciət edərək bildirmişdir ki, Seçki Məcəlləsinin 101.2-ci maddəsinin tələbinə əsasən, səsvermə günü seçicilər siyahısına daxil edilmiş seçki məntəqəsində səs vermək imkanı olmayan seçicilər müvafiq dairə və ya məntəqə seçki komissiyasından qeydiyyatdançıxma vəsiqəsi alaraq həmin vəsiqə əsasında səsvermə günü istənilən seçki məntəqəsində səs verə bilər. Belə seçicilərdən danışarkən ilk növbədə tələblər yada düşür. Hazırda yay tətilində olan tələblər sentyabr ayından etribarən daimi qeydiyyatda olduqları yerlərdən təhsil aldıqları şəhərlərə qayıdacaqlar. Oktyabrın 15-də səs vermək üçün yenidən daimi qeydiyyatda olduqları yerlərə getməyin onlar üçün çətin olacağını nəzərə alaraq indidən DSK-lara müraciət edərək qeydiyyatdançıxma vəsiqələri əldə etsinlər. Tələbələrdən başqa, səsvermə günü müvəqqəti qeydiyyatda olduqları ərazilərdə səs vermək imkanı olmayan məcburi köşkünlər, ezamiyyətdə və ya başqa bir yerdə istirahətdə olan seçicilər də qeydiyyatdançıxma vəsiqəsi almaq hüquqlarından istifadə edə bilərlər.
Həmin seçicilər bu vəsiqəni almaq üçün dairə seçki komissiyasına səsvermə gününə 45 gündən 25 gün qalmışa qədər, yəni avqustun 31-dən sentyabrın 2-dək, məntəqə seçki komissiyasına isə 24 gündən 3 gün qalmışa qədər, yəni sentyabrın 21-dən oktyabrın 12-dək müraciət edə bilərlər. Bir seçiciyə bir neçə qeydiyyatdançıxma vəsiqəsi verilməsi qadağandır. Qeydiyyatdançıxma vəsiqəsi seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[23.08.2008]
Avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 7 avqust, 9 avqust və 12 avqust 2008-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş həmin partiyanın başğanı, Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafayevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Fikrət Tağı oğlu Əhədovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliklərinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası hər iki şəxsin namizədliklərinin təsdiq olunması barədə qərarlar qəbul etmişdir. Komissiya namizədliyi təsdiq olunmuş sözügedən şəxslərin səlahiyyətli nümayəndələrini də qeydə almışdır.MSK üzvü Tamam Cəfərova 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliyə dair məsələ barədə məlumat vermişdir. Komissiya həmin DSK-nın tərkibində dəyişiklik edilməsi barədə qərar çıxarmışdır.İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[20.08.2008]
Avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiya namizədlikləri özləri tərəfindən irəli sürülmüş Arif Həsənqulu oğlu Əliyevin və Əli İsa Hacı oğlu Ağaevlinin Azərbaycan Respublikası prezidentliyinə namizədlikllərinin təsdiq olunması haqqında qərar qəbul etmişdir.Sonra MSK katibi Natiq Məmmədov bəzi normativ xarakterli aktların qəbuluna dair məsələ barədə məlumat vermiş və Mərkəzi Seçki Komissiyası həmin normativ xarakterli aktların qəbulu ilə bağlı qərar çıxarmışdır. MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[18.08.2008]
Avqustun 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov ekspert qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. MSK nəzdində 9 nəfərdən ibarət, dairə seçki komissiyaları nəzdində isə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması barədə qərar qəbul olunmuşdur.
Sonra Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi məsələsinə baxılmışdır. Milli Məclisin deputatı Aydın Mirzəzadənin Mərkəzi Seçki Komissiyasında məşvərətçi səshüquqlu üzv təyin edilməsi barədə qərar çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyası namizədlikləri özləri tərəfindən irəli sürülmüş Teymur Pərviz oğlu Quliyevin və Süleyman Uğuz oğlu Quliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədlikllərinin təsdiq olunması haqqında qərar qəbul etmişdir. Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında Avropa Şurasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[16.08.2008]
Avqustun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın sədri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. O, bildirmişdir ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Heydər oğlu Əliyevin namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 avqust 2008-ci il tarixli 9/33 saylı Qərarı ilə təsdiq edilmişdir. İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış 46 750 seçici imzası olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 11 avqust 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. İmzalar 124 seçki dairəsindən toplanmışdır. Namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədləri Komissiyadakı işçi qrupunun ekspertləri tərəfindən yoxlanılmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən edilmişdir. Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.Sonra MSK-nın katibi Natiq Məmmədov özü tərəfindən irəli sürülmüş cənab Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası cənab Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyini təsdiq olunması barədə qərar çıxarmışdır. Müzəffər Qiyas oğlu Baxışovun prezidentliyə namizəd Qulamhüseyn Surxay oğlu Əlibəylinin səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında da qərar qəbul edilmişdir.MSK bəzi normativ xarakterli aktlarda dəyişikliklər edilməsi barədə də qərarlar çıxarmışdır. Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[09.08.2008]
Avqustun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov imza vərəqələrində, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri seçki sənədlərində olan məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin və Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın. Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri təyin edilmişdir.
Sonra 15 oktyabar Azərbaycan Respublikasının Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məsələyə baxılmışdır. YAP sədrinin müavini, Milli Məclisin deputatı Əli Əhmədovun, YAP icra katibinin müavini, MM-in deputatı Mübariz Qurbanlının səlahiyyətli nümayəndə və həmin partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzovun isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınması barədə qərar çıxarılmışdır.MSK Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquluyevin, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin, Azərbaycan Liberal – Demokrat Partıyasının irəli sürdüyü Fuad Əliyevin, “Yaşıl siyasət” Təşəbbüs qrupunun irəli sürdüyü Mayıs Güalıyevin və özü tərəfindən irəli sürülmüş Qüdrət İshaqovun prezidentliyə namizədliyinin təsdiq olunması barədə qərarlar qəbul etmişdir.Sonra bəzi normativ xarakterli aktlar qəbul olunmuşdur.Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının təsdiq olunması haqqında da qərar çıxarmışdır. İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[07.08.2008]
Avqustun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 4 iyul, 18 iyul və 28 iyul iclaslarının potokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının 2 avqust 2008-ci il tarixli IV qurultayının Qərarı ilə 15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2 avqust 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasından Təşəbbüs qrupu və “Ehtiyatda olan Zabitlər Konfederasiyası” Təşəbbüs qrupu da onun namizədliyini dəstəklədikləri barədə Komissiyaya müraciət ünvanlamışlar. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş cənab İqbal Fehruz oğlu Ağa-zadənin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması məsələsi barədə də məlumat verilmiş və həmin şəxsin də namizədliyinin təsdiqlənməsi üçün təqdim olunan sənədlərin qaydasında olduğu bildirilmişdir. MSK cənab İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyini təsdiq olunması barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyası özü tərəfindən irəli sürülmüş cənab Yaşar Rəhim oğlu Əhmədovun, Vüqar Sabir oğlu Seyidovun, Əlimuxtar Dadaş oğlu Əkbərovun və Sevinc Məhərrəm qızı Quliyevanın Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması barədə də qərarlar qəbul etmişdir. MSK bəzi normativ xarakterli aktların qəbulu barədə də qərar çıxarmışdır. Mərkəzi Seçki Komissiyası 17 saylı Yasamal üçüncü, 29 saylı Səbail, 52 saylı Quba, 84 saylı Füzuli, 105 saylı Tovuz, 106 saylı Tovuz – Ağstafa və 120 saylı Cəbrayıl – Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-nin Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti